Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.
Bu hadisə Sakit Okean regionunda R1 radio rabitəsinin bir qədər tıxanmasına səbəb olub.
Bununla belə, baş verdiyi əraziyə görə Günəş partlayışı Yerə o qədər də ciddi təsir göstərməyib.
Sosial şəbəkələrdə möhtəşəm püskürmənin əks olunduğu kadrlar yayılıb.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.